CHP lideri Kamal Kılıçdaroğlu AKP ilə koalisiya üçün şərtlərini açıqlayıb.
Musavat.com-un məlumatına görə, Kılıçdaroğlu bildirib ki, şərti korrupsiya ilə mübarizənin davam etməsidir.
CHP lideri həmçinin qeyd edib ki, korrupsiyaya və rüşvətə göz yummaq CHP-nin bağlanması deməkdir: “Biz prinsiplərimizi bəyan etdik. İndi top AKP-nin sahəsindədir. Məsələ AKP-nin bu danışıqları qəbul edib-etməyəcəyindədir. Bizim arxa planımız yoxdur”.


Şərhlər