Menu

Həmsədr İrəvanda qaçqın məsələsini müzakirə edib

20.07.2015, 17:00
Həmsədr İrəvanda qaçqın məsələsini müzakirə edib

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick Yerevanda qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.

Görüşdə Dağlıq Qarabağ qaçqınları məsələsi müzakirə edlib.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yatyıb.

Həmsədrlər iyulun 20-də Ermənistanda ölkə rəhbərliyi ilə görüşlər keçiriblər.

İyulun 21-də isə Bakıya gələcəklər.

Regiona səfərdə məqsəd Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməkdir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol