Menu

Nabranda sürücü ilə polislər arasında mübahisə - VİDEO

20.07.2015, 19:18
Nabranda sürücü ilə polislər arasında mübahisə - VİDEO

Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti avtoreyd keçirib.

Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində təşkil olunub.10 saat müddətində davam edən reydə Xaçmaz rayon Polis Şöbəsinin Post-Patrul xidmətinin əməkdaşları da qatılıb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində təşkil olunub.

Daha çox qayda pozuntuları isə gecə saatlarında qeydə alınıb. Reyd zamanı sürücülərin sərxoş olub-olmadığını müəyyənləşdirmək məqsədilə həkim müayinəsi də təşkil edilib.

Sənədlərini və avtomobilin açarlarını polisə təhvil verməkdən imtina edən sürücülər də olub. Bununla yanaşı, sərxoş sürücülərin bəziləri polisə tabe olmayaraq müqavimət göstərib.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-dən artıq sürücü barəsində protokol tərtib edilərək, tədbirlər görülüb. Reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək. /Region TV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol