Menu

Ermənistan-Gürcüstan sərhəddində dəyişiklik olmayıb

20.07.2015, 19:55
Ermənistan-Gürcüstan sərhəddində dəyişiklik olmayıb

“Ermənistan-Gürcüstan sərhəddinin bir hissəsinin Gürcüstan ərazisinə çəkilməsi barədə yayılan məlumatlar əsassızdır”.

Bunu Gürcüstan xarici işlər nazirliyinin sözçüsü David Kereselidze deyib.

O yerli mətbuata açıqlamasında bildirib ki, keçmiş SSSR-i dövründə bu hissə heç vaxt dəyişməyib və bu gün də iki ölkə arasında dövlət sərhəddidir.

Gürcüstan kütləvi informasiya vasitələrinin məlumatına görə, Ermənistan sərhədçiləri vu günkərdə Təzəkənd istiqamətində sərhəddi 10-15 hektar Gürcüstan tərəfə çəkiblər.

Amma Gürcüstan polisi Marneuli rayonunda belə bir şey baş vermədiyini deyir.

Polisin məlumatına göröə, bu kəndin 2 kilometrliyində sektorda sərhəd rejimi mövcuddur və heç bir dəyişiklik olmayıb. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol