Menu

Aİ Gürcüstana vizasız rejimin şərtlərini açıqladı

21.07.2015, 09:05
Aİ Gürcüstana vizasız rejimin şərtlərini açıqladı

Aİ-dən vizasız rejim əldə etmək üçün Gürcüstan korrupsiya və narkotiklərin yayılması ilə mübarizə sahəsində əlavə islahatlar keçirməlidir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında bildirib.

“Aİ-dən vizasız rejim əldə etmək üçün Gürcüstan hələ bir neçə əlavə islahatlar həyata keçirməlidir. Söhbət Gürcüstanın korrupsiya, narkotiklərin yayılması və insan alveri ilə mübarizə sahəsində səylərinin artırılmasından gedir”, deyə o bildirib.

“Şəxsən mən Gürcüstana vizasız rejimin tətbiq edilməsini çox arzulayıram, lakin mənim diləyim zəmanət deyil, islahatları davam etdirmək lazımdır”, deyə Tusk əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol