“Bu saat gözəldir, ancaq mən onu taxa bilmərəm...”

Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyevə ANS şirkətlər qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2013-cü ilin adamı” mükafatı təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, prezident ona təqdim olunan bahalı saat mükafatını qoluna taxa bilməyəcəyini deyib:

“Bir daha bu mükafata görə sizə minnətdaram. Bu saat çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaq”.