Menu

Rusiyalı milyarder yerdənkənar həyat axtarışına - 100 milyon dollar xərcləyəcək

21.07.2015, 15:22
Rusiyalı milyarder yerdənkənar həyat axtarışına - 100 milyon dollar xərcləyəcək

Xarici KİV-in yaydığı xəbərə görə, rusiyalı milyarder Yuri Milner və britaniyalı fizik Stiven Hokinq yerdənkənar həyat barədə siqnalların axtarışı təşəbbüsünə 100 milyon dollara yaxın vəsait xərcləmək fikrində olduqlarını elan ediblər. Onlar bu barədə Londonda keçirdikləri mətbuat konfransında söhbət açıblar (RİA Novosti).

«Layihə tamamilə apolitik olacaq. Biz heç nəyi gizlətmək fikrində deyilik. Tamamilə mümkündür ki, yadplanetlini bir həvəskar astronom tapsın, nə demək olar?» - deyə, «yadplanetlilərin aşkar olunması məsələsini gizlətmək barədə dövlətlərin tələblərinə layihə necə reaksiya verəcək?» sualını cavablandıran Milner bəyan edib.

Bu il 55 yaşı tamam olacaq SETİ layihəsi (Searchfor Extraterres trial Intelligence) çərçivəsində alimlər Yerə çatan radiosiqnallar axınında yerdənkənar sivilizasiyaların fəaliyyətinin «izləri»ni axtarırlar. Layihənin əsasını astronom Frenk Dreyk qoyub. O, həm də qalaktikada təmasların mümkün ola biləcəyi sivilizasiyaların sayını müəyyən edən düsturu - Dreyk tənliyini yaradıb.

Son illər layihə maliyyə baxımından müəyyən çətinliklərlə üzləşib. Dəfələrlə layihənin ləğvi təhlükəsi olub. Bunun da əsas səbəbi odur ki, layihənin əsas aləti sayılan Allena radioteleskopunu (Kaliforniya universiteti, Berkli) saxlamaq üçün vəsait çatışmayıb. 2012-ci ildə bu problem «Qualcomm» şirkətinin yaradıcısı Franklin Antonionun səxavətli xeyriyyəsi sayəsində qismən həll olunub. O, teleskopa xidmət edənlərə 3,6 milyon dollar pul venib.

Məşhur filantrop-biznesmen və innovator Yuri Milner məşhur kosmoloq Stiven Hokinqlə birlikdə layihəyə yeni həyat vermək qərarına gəlib. «Breakthrough Listen» adlanan bu təşəbbüs çərçivəsində yerdənkənar sivilizasiyaların axtarışına 100 milyon dollar vəsait qoyulacaq.

Elmi komandanın«nüvəsi»ni SETİ-nin əsas fiqurları, o cümldədən, Dreykin özü, Set Şostak, Martin Riz və bir çox tanınmış astronom və yerdənkənar həyat axtarışı üzrə mütəxəssislər təşkil edəcək. Milner və Hokinqin sözlərinə görə, alimlər hər il «Süd yolu»ndakı milyardlarla uzduzdan və yüzlərlə yaxın qalaktikalardan gələn siqnalları müşahidə edəcəklər.

Yadplanetlilərin axtarışı prosesinə arzu edən hər kəs qoşula bilər. «Breakthrough Listen» üzrə çalışmalar sayəsində əldə olunan məlumatlar paylanmış hesabatlar sistemi (SETI@home) çərçivəsində analiz olunacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol