Menu

Donbasda ağır silahların geri çəkilməsinə dair razılıq əldə olunub

21.07.2015, 21:32
Donbasda ağır silahların geri çəkilməsinə dair razılıq əldə olunub

Ukrayna üzrə təmas qrupunun iştirakçıları Donbasda zirehli texnika və 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair razılığa gəliblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç bildirib.

“Sənədin mətni artıq razılaşdırılıb. Zirehli texnika və 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair razılıq əldə olunub”, deyə İ.Daçiç qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol