Menu

“Türkiyə və Ermənistan münasibətləri normallaşdıra bilər”

21.07.2015, 22:28
“Türkiyə və Ermənistan münasibətləri normallaşdıra bilər”

Türkiyə və Ermənistan gələcək naminə öz münasibətlərini normallaşdıra bilər. Bu barədə qardaş ölkənin Azərbaycanda və Böyük Britaniyadakı sabiq səfiri, türk-erməni barışığı üzrə keçmiş komissiyanın üzvü Ünal Çevikoz “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində bildirib.

“Dünya dəyişir və bizim zamanlarda münaqişələrə yer yoxdur. Mən bizim nəsillərin gələcəyinə, əlaqələrimizin inkişafına inanıram” – deyib sabiq diplomat. Onun sözlərinə görə, Ermənistanda və Türkiyədə yeni nəsillər müharibə görməyib, müharibə istəmir və başqa bir gələcəyə layiqdir.

“Yaxın keçmişdə sərhədlərin açılmasına dair türk-erməni danışıqları uğura gətirməyib, çünki tərəflər gizli hərəkət eləməyə çalışıblar. Halbuki, müasiur dünyada uğura nail olmaqdan ötrü açıq hərəkət eləmək lazımdır” - əlavə ediv Çeviköz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol