"Sadəcə yaxşı olduqlarını və narahat olmamağımı deyirdilər"
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda 32 nəfərin ölümünə səbəb olan terror aktını törətməkdə əsas şübhəli bilinən Ədurrəhman Alagözün anası danışıb.
ANS PRESS-in məumatına görə, 20 yaşlı gəncin anası Semüre Alagöz bildirib ki, o, oğlu ilə sonuncu dəfə Ramazan ayından əvvəl telefonla danışıb.
Ananın sözlərinə görə, oğulları Ədurrəhman və Yunus Alagöz 6 ay əvvəl ölkəni tərk ediblər. "Oğlum Ədurrəhman rəngsaz idi. Adıyaman rayonunda böyük qardaşı Yunusla işləyirdi. Evi o ikisi dolandırırdı. Xaricə əvvəlcə Ədurrəhman getdi, sonra isə Yunus. 6 aydır ki, Türkiyədə deyillər. Nə iş gördüklərini bilmirəm, demirdilər. Sadəcə yaxşı olduqlarını və narahat olmamağımı deyirdilər. İnanın ki, hansı ölkəyə getdiyini də bilmirəm. Yaxın vaxtlarda geri qayıdacaqlarını demişdilər. İŞİD-ə qoşulub-qoşulmadıqlarını və ya Suriyada döyüşlərə gedib-getmədiklərini də bilmirəm", - Semüre Alagöz deyib.


Şərhlər