Menu

Rusiya may gəlirlərinin dörddə birini ABŞ qiymətli kağızlarına yönəldib

22.07.2015, 00:16
Rusiya may gəlirlərinin dörddə birini ABŞ qiymətli kağızlarına yönəldib

Rusiya KİV-nin yaydığı məlumata görə, 2015-ci ilin mayında Rusiya, ABŞ dövlət obliqasiyalarının alışına yenidən başlayıb. May ayında Rusiya Federasiyasının Mərkəzi Bankı (RF MB) ABŞ xəzinədarlıq kağızlarının satın alınmasına 4,1 milyard dollar vəsait yönəldərək, öz yatırımlarının həcmini 70,1 milyard dollara yüksəldib. ABŞ Maliyyə nazirliyinin məlumatına istinadla, bu xəbəri «Finanz.ru» yayıb (Rosbalt).

Bu zaman, may alışı 2014-cü ilin aprelindən ötən müddət ərzində ən böyk sövdə olub. Belə ki, Mərkəzi Bankın bazardan satın aldığı valyuta tam həcmdə bu əməliyyata yönəldilib (əməliyyata mayın 13-də başlanıb və ayın sonuna qədər tənzimləyici 2,3 milyard dollar vəsait alıb).

Yatırımın həcmi (məzənnə üzrə 200 milyard rubl) Rusiya Federasiyasının may ayındakı büdcə gəlirlərinin (809,0 milyard rubl) 25,0 faizinə bərabərdir və ilin əvvəlindən səhiyyə sahəsinə xərclənmiş vəsaitdən (186,0 milyard rubl) 15,0 faiz çoxdur, ilin 5 ayı ərzində mənzil-kommunal təsərrüfatı sahəsinə yönəldilmiş vəsaitin həcmindən (47,8 milyard rubl) isə 4 dəfə artıqdır.

Bundan əvvəl Rusiya əsasən, ABŞ obliqasiyalarını satırdı. 2014-cü ilin əvvəlindən 2015-ci ilin aprelinə qədərki dövrdə yatırımların həcmi 135,5 milyard dollardan 66,5 milyard dollara düşüb. Satış rekordu 2014-cü ilin dekabrında və martında vurulub (uyğun olaraq, 22,1 milyard dollar və 25,8 milyard dollar). O zaman Mərkəzi Bank rublun məzənnəsinin düşməsini yavaşıtmaq üçün bazarda fəal şəkildə valyuta satışı həyata keçirirdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol