Menu

“Qarabağ” “Rudar” qarşısında

22.07.2015, 09:58
“Qarabağ” “Rudar” qarşısında

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” mərhələni keçmək üçün cavab qarşılaşmasında Monteneqro təmsilçisi “Rudar”a qonaq olacaq.

Bu qarşılaşma təmsilçimiz üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, doğma meydanda o qədər də güclü olmayan rəqibini məğlub edə bilməyən ağdamlılar son illərdə heç vaxt görmədiyi uğursuzluqla üzləşə bilər.

İlk oyundan mübarizəni dayandırmamaq üçün Qurban Qurbanovun yetirmələri evdə edə bilmədiyini səfərdə etməlidi. Mərhələ adlamaq üçün isə qələbə ilə yanaşı qollu bərabərlik də yetərli olacaq.

Ötən mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində iştirak etmiş çempion bu dəfə ən azından eyni uğuru təkrarlamaq istəyirsə “Rudar” səddini mütləq aşmalıdı.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

22 iyul

23:45. "Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan)

İlk oyun – 0:0

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol