Menu

ABŞ-dan Türkiyəyə dəstək

22.07.2015, 10:06
ABŞ-dan Türkiyəyə dəstək

Rəsmi Vaşinqton Suruc hadisələrinə görə təndiqlərə məruz qalan Türkiyə hökumətinə dəstək verib.

Anspress-in məlumatına görə, dövlət departamentinin mətbuat sözçüsü Kirbidən sonra Ağ ev milli təhlükəsizlik şurasının sözçüsü Alistair Baskey də Türkiyənin İŞİD-lə mübarizə çərçivəsində yaradılan koalisiyanın önəmli ortağı olduğunu deyib.

“Anadolu” agentliyinin müxbirinə açıqlama verən Baskey Türkiyənin 2 milyon qaçqına ev sahibliyi etdiyini, humanitar yardım səylərinə liderlik etdyini və İŞİD-lə yüksək səviyyədə mübarizə apardığını qeyd edib.

“Türkiyə İŞİD-ə qarşı mübarizədə əhəmiyyətli bir ortaqdır. Türkiyənin beynəlxalq koalisiyaya bir çox nöqtədə verdiyi konkret səyləri razılıqla qarşılayırıq. Türkiyə, suriyalı müxaliflərə istiqamətlənmiş təlim-təchiz proqramına ev sahibliyi edir. Həmçinin Türkiyə əcnəbi döyüşçülərin axınının qarşısını almaq üçün bir çox addım atıb. Əcnəbi döyüşçü axını sadəcə Türkiyənin problemi deyil. Xüsusilə Avropa, Türkiyə və digər ortaqlarımızla bu istiqamətdə yaxın fəaliyyətimizi davam etdirəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol