Menu

Ermənistanda qətliam törədən rusiyalı hərbçinin məhkəməsi başlayır

22.07.2015, 12:59
Ermənistanda qətliam törədən rusiyalı hərbçinin məhkəməsi başlayır

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun işi ilə bağlı məhkəmə prosesi avqustun 10-dək başlamalıdır.

APA-nın “Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Ermənistan və Rusiyanın müvafiq strukturları arasında əldə olunub.

İlkin məhkəmə iclası Gümrü şəhərində, Rusiya hərbi bazasının ərazisində keçiriləcək.

Nəşrin öz mənbələrinə əsaslanaraq yazdığına görə, Rusiya tərəfi Permyakovun işi ilə bağlı yekun ittiham aktını açıqladıqdan sonra cinayət işi arasdırılma üçün Ermənistan tərəfinə təhvil veriləcək. Bu zaman məhkəmə iclası dayandırıla və Permyakov Ermənistan hüquq-mühafizə orqanlarının nəzarətinə keçə bilər.

Rusiya tərəfinin məhkəmə prosesi bitəndən sonra Permyakovun Ermənistan ərazisində cəzasını çəkməsinə razılıq verdiyi də bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol