Menu

32 nəfərin ölümünə səbəb olan terrorçunun kimliyi aşkarlandı - FOTO

22.07.2015, 13:57
32 nəfərin ölümünə səbəb olan terrorçunun kimliyi aşkarlandı - FOTO

Türkiyənin Şanlıurfa şəhərinin Suruç qəsəbəsində bir neçə gün əvvəl baş verən terror hadisəsini törədən şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, DNT testləri sayəsində hadisənin Adıyaman şəhər sakini, 20 yaşlı tələbə Şeyx Əbdürrəhman Alagöz tərəfindən törədildiyi qətiləşib.

Terror zamanı ölən kimliyi məlum olmayan qadının cəsədi isə artıq ekspertizaya verilib. Onun şəxsiyyəti yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Şanlıurfa vilayətinin Suruç şəhərində Sosialist Gənclik Dərnəyi Federasiyasının (SGDF) toplantısı zamanı partlayış baş verib. Partlayış nəticəsində 32 nəfər həyatını itirib, 100-dən çox şəxsin yaralandığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol