Menu

İran-Almaniya əməkdaşlığının yeni istiqamətləri müəyyən edilib - Vitse-kansler

22.07.2015, 13:53
İran-Almaniya əməkdaşlığının yeni istiqamətləri müəyyən edilib - Vitse-kansler

Xarici KİV-in yaydığı xəbərə görə, avtomobil istehsalı, neft-kimyası, energetika və ətraf mühitin qorunması İranla Almaniya arasındakı gələcək qarşılıqlı fəaliyyətin əsas istiqamətləri olacaq. Bunu bazar ertəsi İran İslam Respublikasında baş tutan İran-Almaniya əməkdaşlığına həsr olunmuş konfransda Almaniyanın vitse-kansleri, iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel bəyan edib (TASS).

«Xeyli səciyyəvidir ki, bu gün 2 mindən artıq şirkət İran-Almaniya ticarət palatasının üzvüdür. Bu, gələcək üçün böyük potensialın mövcudluğunu və hər iki tərəfin gələcəkdə qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafına can atdığını nümayiş etdirir» - deyə, vitse-kansler qeyd edib.

Qabriel əlavə edib ki, İranla Almaniya arasında əmtəə dövriyyəsinin həcmi əvvəllər 2,4 milyard dollara çatırdı. İndi isə «sanksiyaların ləğvindən sonra bu rəqəm iki dəfə arta bilər».

Onun fikrincə, Almaniya şirkətləri İran bazarına təkcə öz məhsullarını reallaşdırmaq üçün yox, həm də bir sıra sahələrin və sənaye müəssisələrinin modernləşdirilməsi məqsədilə gəlirlər. Bununla əlaqədar o, öz ölkəsinin İranla yeni texnologiyaları bölüşməyə hazır olduğunu dilə gətirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol