Menu

ABŞ səfirliyindən jurnalistlərə təbrik - Video

22.07.2015, 17:17
ABŞ səfirliyindən jurnalistlərə təbrik - Video

Səfirlik nümayəndəsi azərbaycanlı jurnalistlərdə ən çox bəyəndiyi məqamı açıqlayıb.

Milli Mətbuat günü münasibətilə ABŞ səfirliyi jurnalistləri təbrik edib.

ANS TV-nin məlumatına görə, ABŞ səfirliyinin nümayəndəsi Nikolas Barnet media mənsublarını təbrik edərək, azərbaycanlı jurnalistlərdə ən çox qiymətləndirdiyi keyfiyyətləri açıqlayıb.

O bildirib ki, jurnalistlərin cəmiyyətdə rolu əvəzsiz və danılmazdır:

“Onlar məlumat verməklə yanaşı tənqidlərlə dövlətin inkişafını sürətləndirirlər. Daima jurnalistlərlə işləyən bir şəxs kimi onu deyə bilərəm ki, azərbaycanlı jurnalistlərdə ən çox qiymətləndirdiyim xüsusiyyət onların peşələrinə olan həvəsi və ehtirasıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol