Menu

ABŞ-da «Citigroup» bankı 70 milyon dollar cərimələnib

22.07.2015, 17:07
ABŞ-da «Citigroup» bankı 70 milyon dollar cərimələnib

Maliyyə sferasında istehlakçıların hüquqlarının müdafiəsi üzrə ABŞ Bürosu (Consumer Financial Protection Bureau) və Pul tədavülü üzərində nəzarət İdarəsi (Office of the Comptroller of the Currency) «Citigroup» bankı müştərilərə kredit kartları ilə əlaqəli əlavə xidmətlər sırıdığına görə, ümumilikdə 70,0 milyon dollar cərimələyib. Xəbəri «Bloomberg» agentliyi yayıb (İnterfaks.ru).

Bundan başqa bank bu təcrübədən zərər çəkmiş müştərilərin 700,0 milyon dollar vəsaitini də geri qaytaracaq.

Xəbər verilir ki, Citigroup müştərilərə xəbər vermədən, onlara göstərilən xidmətlər sırasına personal məlumatların oğurlanmaqdan mühafizəsi, kredit tarixçəsinin monitorinqi və işinin və ya şikəstliyin itirilməsi hallarında kredit üzrə ödəmələrin avtomatik dayandırılması kimi ödənişli opsiyaları daxil edib.

Bank nümayəndələrinin sözlərinə görə, bu xidmətlər artıq kredit kartları üzrə saziş şərtlərindən çıxarılıb. Bundan başqa, artıq Bank müştərilərinə kompensasiya ödəmək üçün müvafiq məbləği ehtiyat görüb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol