Menu

AZAL ən aşağı qiymət həddini açıqladı

22.07.2015, 17:33

ATR_72-500_AZAL"Aviabiletlərin qiymətləri elə səviyyədə olmalıdır ki, çəkilən xərc maya dəyərini qarşılasın".

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.

Onun sözlərinə görə, qiymətlərin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb ola bilər: "Ola bilsin ki, bəzi aviareyslərin biletləri 20%-dən aşağı salınsın. Bu, həmin reyslərin bağlanmasına səbəb olacaq. Əgər bir təyyarə 2 saatdan artıq uçursa və onun biletinin qiyməti 99 avrodan aşağıdırsa, bu, onun xərclərini ödəmir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol