Menu

Azərbaycan xaricə silah ixrac edəcək - Foto

22.07.2015, 21:47
Azərbaycan xaricə silah ixrac edəcək - Foto

“Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq”.

Azərbaycan xaricə EM-14 adlı NATO kalibrli (5.56x45mm) avtomat silah ixrac edəcək.

Bunu “Azeri Defence” jurnalına müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq:

“Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur. Əgər daxildə ehtiyac olarsa, bunu yerli qurumlara da verəcəyik”.

Qeyd edək ki, bir neçə il əvvəl Müdafiə Sənayesi Nazirliyi Rusiyanın “Kalaşnikov” Konsernindən AK-74M avtomatının seriyalı istehsalına dair lisenziya alıb. Bu yaxınlarda isə yerli mühəndislər tərəfindən həmin silahın hazırlanmış yeni modeli, EM-14 adlı NATO kalibrli (5.56x45mm) avtomat tüfəng təqdim olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol