Menu

İki bacı dənizdə boğularaq ölüb

22.07.2015, 22:28
İki bacı dənizdə boğularaq ölüb

Bu gün Xəzər dənizinin Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində iki nəfər boğulub.

APA-nın verdiyi məlumata görə, Xaçmaz şəhər sakinləri 1960-cı il təvəllüdlü Rəhimxanova Naibə Muradxan qızı və 1966-cı il təvəllüdlü Rəhimxanova Gülxanım Muradxan qızı dənizdə boğularaq ölüb.

Ölən şəxslər iki bacıdır.

Onların meyiti tibbi müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol