Menu

ABŞ və Türkiyə əcnəbi silahlıların Suriyaya axınını dayandıracaq

23.07.2015, 08:58
ABŞ və Türkiyə əcnəbi silahlıların Suriyaya axınını dayandıracaq

ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılığa gəliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata əsasən, Obama ABŞ-ın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiqliyini təsdiqləyib.

“Tərəflər bu və digər regional məsələlər üzrə sıx əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər”, deyə məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol