Xarici KİV-in yaydığı məlumata görə, Ukraynanın prezidenti Petro Poroşenko və İsrailin baş naziri Binyamin Netenyahu telefon danışığı zamanı ölkələri parasında azad ticarət barədə müvafiq saziş imzalanması prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər. Məlumat Ukrayna prezidentinin rəsmi saytında yer alıb (Rosbalt).
Məlumatda daha sonra deyilir: «Həmsöhbətlər eyni zamanda, Ukrayna və İsrail parasında azad ticarət zonasının yaradılması məsələsini də müzakirə edərək, bu barədə saziş imzalanması prosesini sürətləndirmək qərarına gəliblər».
Ölkə liderləri həm də qarşılıqlı iqtisadi fəaliyyət üzrə tezliklə hökumətlərarası komissiyanın yaradılmasına tərəfdar olduqlarını bildiriblər.
AzPolitika.info


Şərhlər