Menu

Şəmkirdə qadın öz qohumunu bıçaqladı - VİDEO

23.07.2015, 15:23
Şəmkirdə qadın öz qohumunu bıçaqladı - VİDEO

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Rayonun Şiştəpə kənd sakini, 43 yaşlı Novruzəli Aslanov bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Həkimlər əməliyyat olunan xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər. İlkin ehtimala görə, Novruzəli Aslanovu münaqişə zəminində yaxın qohumu və qonşusu, 30 yaşlı Nəzirə Nəbiyeva bıçaqlayıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (Region TV)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol