Qlobal neft təklifində bolluğun davam etməsi, buna qarşı Yaponiya kimi böyük neft istehlakçısının alışlarının azalması ilə neft qiymətləri aşağı düşməyə davam edir. Neft 3 ayın ən aşağı səviyyəsindədir.
Bu gün ABŞ yüngül xam nefti 50 dollardan aşağı düşərək 49,24 dolları görüb. Brent nefti isə 0.12 faiz azalma ilə 56.06 dollara düşüb.
Ekspertlər ABŞ-ın artan xam neft ehtiyatlarının və dolların bahalaşmanın neft bazarı üzərində təzyiq yaratdığını qeyd edirlər.
ABŞ-ın xam neft ehtiyatları 2.3 milyon barrel azalacağı proqnozuna qarşı, keçən həftə 2.5 milyon barrel artıb. /"Marja"

Şərhlər