Menu

Neftin 20 dollara düşəcəyi proqnozlaşdırılır

23.07.2015, 22:15

neftDünya neft bazarında hadisələrin inkişafı neftin qiymətinin son 30 ildə ən aşağı həddə düşməsinə gətirib çıxara bilər. Bu barədə məlumatı Morgan Stanley analitiklərinin proqnozuna istinadən Bloomberg agentliyi yayıb.

Ekspertlər hesab edir ki, qiymətlərin düşməsi və onun ardınca neft hasilatına investisiyaların azalması dünya bazarına neft tədarükünü azaltmayıb. Bundan əlavə, son yarım ildə OPEK ölkələrində neft hasilatı təxminən sutkada təxminən 1,5 mln barrel artıb.

İran üzərindən sanksiyalar götürülsə və vətəndaş müharibəsinin davam etdiyi Liviyada vəziyyət düzəlsə, dünya bazarına yeni neft axını qiymət artımının qarşısını alacaq. O zaman qiymət azalması azı üç il davam edəcək və qiymətlər 1986-cı ildə olduğundan da aşağı düşəcək.

Xatırladaq ki, 1980-cı illərin əvvəlində neftin bir barrelinin qiyməti 35 dollar idisə (indiki qiymətlə 100 dollar), 1986-cı ildə bu göstərici 10 dollardan (indiki məzənnə ilə 20 dollardan bir az çox) da aşağı düşdü və bir neçə il belə davam etdi.

Neft ixrac edən ölkələr xeyli itki verdi. S

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol