Menu

Qızılın qiyməti sürətlə düşür

24.07.2015, 09:13
Qızılın qiyməti sürətlə düşür

Qızılın ucuzlaşması davam edir.

Bu gün qızılın unsiyasının (31,1 qram) qiyməti 1% ucuzlaşaraq Bakı vaxtı ilə 07:00-da 1082 dollara düşüb. Sonuncu dəfə qızıl bu qiymətə 2009-cu ilin Dekabrında satılıb.

Qızıl, Fedin faiz artırmağa hazırlaşması və buna bağlı olaraq Dolların güclənməsinin təsiri ilə, investorlar üçün cazibədarlığını itirib.

Morgan Stanley-ə görə, qızıl 800 dollara qədər, Goldman Sachs Group Inc.-a görə isə, 1000 dollardan da aşağı enə bilər. Standard Chartered Plc isə qiymətlərdəki enişin davam edəcəyini bildirib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol