Menu

"Fitch" "Bank Technique"in reytinqlərini geri çağırıb

24.07.2015, 10:32
"Fitch" "Bank Technique"in reytinqlərini geri çağırıb

"Fitch" beynəlxalq reytinq agentliyi "Bank Technique" ASC-nin reytinqlərini geri çağırıb.Agentlikdən "APA-Economics"ə daxil olan məlumata görə, bank reytinq prosesində iştirakda maraqlı deyil: "Reytinqlərin geri çağırılmasına da səbəb budur. Bununla da, "Fitch"in bankın reytinqlərini dəstəkləmək üçün zəruri informasiyaya çıxış imkanı yoxdur".

Agentlik xatırladır ki, "Bank Technique"in "B -" səviyyəsində təsdiqlənən emitentin defoltu reytinqi bankın zəif kapitallaşmasını və aktivlərinin keyfiyyətini xarakterizə edir.

Cari ilin martın 10-da "Fitch" bankın reytinqlərini "Neqativ" siyahıya salıb. Agentlik bunu manatın devalvasiyasından sonra bankın kapitala olan minimum tələbi yerinə yetirməməsi ilə əlaqələndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol