Menu

Rusiyanın Fars Körfəzindəki aktivliyi ABŞ-ı qorxuya salıb

19.01.2014, 18:05
Rusiyanın Fars Körfəzindəki aktivliyi ABŞ-ı qorxuya salıb

ABŞ-ın “American Thinker”qəzetinin məlumatında bildirilir ki, ”Cenevrə-2” konfransı ilə əlaqədar Rusiya, Suriya və İranın xarici işlər nazirlərinin görüşü Qərbi “Moskva-Dəməşq-Tehran” “xətti”nin yaradılması şübhəsinə salıb.

Həmin nəşrin yazdığına görə, hər üç ölkənın baş diplomatlarının Moskva ğörüşünün əsas məqsədi Suriya böhranını və gələcək sülh konfransına hazırlıq məsələsini müzakirə etməkdən ibarət olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin “üçtərəfli pakt”ın varlığı ilə əlaqədər olan ittihamlarını tamamilə yersiz adlandırıb. Əsas olaraq Vaşinqton ondan narahatdır ki, Rusiya diplomatiyası onu Fars Körfəzinə təsir etmək imkanlarından məhrum edə bilər.

“American Thinker” qeyd edir ki, Suriya məsələsi ilə əlaqədar aparılan danışıqlar Rusiyanı əsl diplomatiya mərkəzinə çevirməkdədir. İlk növbədə bura Rusiya ilə İranın münasibətlərini daxil etmək olar. Misal olaraq, iki dövlətin nümayəndələri gün ərzində 500 min barel həcmindəki İran neftinin barterlə əvəzləmək şərti ilə Rusiyaya ixrac olunması məsələsini müzakirə edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol