Menu

"Azərbaycan Xocalı faciəsinin istintaqını davam etdirir" - Hərbi prokuror

24.07.2015, 15:08
"Azərbaycan Xocalı faciəsinin istintaqını davam etdirir" - Hərbi prokuror

Xanlar Vəliyev: "Xocalı, Qaradağlı, Meşəli və Bağanıs-Ayrım faciələri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir"

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2015-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirib.

Hərbi prokuror Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol