Menu

«Yadplanetlilərlə təmas təhlükəli ola bilər» - Alim

24.07.2015, 16:26
«Yadplanetlilərlə təmas təhlükəli ola bilər» - Alim

Xarici KİV-in yaydığı xəbərə görə, Melburn universitetində yerdənkənar həyat axtarışlarına cavabdeh şəxs olan professor Mettyu Beyli bəyan edib ki, yadplanetlilərlə təmasa getməzdən əvvəl bəşəriyyət ikiqat artıq düşünməlidir. Xəbəri «Independet» yayıb (İnterfaks.ru).

Alim, yerdənkənar sivilizasiyalarla təmas axtarışlarını nəzərdə tutan layihədə iştirakçı olacaq. Layihəni rusiyalı milyarder Yuri Milner maliyyələşdirəcək.

Alimin sözlərinə görə, yadplanetlilərlə təmas təhlükəli ola bilər. Çünki min və ya milyon illər ərzində siqnalın «yol getdiyi» zaman kəsiyində siqnalı göndərənlərin özlərində çox şey dəyişə bilər və həm də hansı səmtə doğru dəyişəcəyini bilmək olmaz.

«Zəif təmasaçı sivilizasiyaların daha irəli getmişlərlə tarixçəsi uğurlu (xoşbəxt) olmayacaq» - deyə, Beyli əlavə edib.

Xəbər verildiyi kimi, Mail.ru Group-un həmtəsisçisi və DST Global-ın yaradıcısı Yuri Milner yerdənkənar sivilizasiyaların axtarışını nəzərdə tutan layihəyə özünün xeyriyyə fondundan 100 milyon dollar vəsait xərcləmək qərarına gəlib.

Milner deyir ki, bu layihənin ideoloqu məşhur fizik Stiven Hokinqdir. Artıq iki nəhəng radioteleskopun operatorları (Green Bank Telescope - ABŞ-ın Qərbi Virciniya ştatı və Parkes Telescope - Avstraliya), eyni zamanda Kaliforniyadakı Lick Observatoryoptik teleskopun operatoru ilə icarə müqavilələri bağlanıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol