Menu

Milli Məclisin sədri Gürcüstana gedir

24.07.2015, 17:05

oqtay esedov 2Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir. Festival günlərində Oqtay Əsədovun Atletlər Kəndinə getməsi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşməsi də nəzərdə tutulur.

Səfər iyulun 27-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol