Menu

ABŞ İrana xəbərdarlıq edib

24.07.2015, 17:34
ABŞ İrana xəbərdarlıq edib

Ehtiyac olarsa ABŞ məsələləri hərbi yolla həll edə biləcəyini etiraf edib.

"İranla nüvə sazişini imzalamaqla biz aydın şəkildə işarə etdik ki, bu ölkə ilə əməkdaşlıqa hazırıq. Lakin diplomatik səylər bir nəticə verməsə Birləşmiş Ştatlar hərbi qüvvə tətbiq etməyə hazırdır".

Bu barədə ABŞ prezidenti Barak Obama Britaniyanın BBC şirkətinə müsahibəsində deyib.

O, deyib ki, saziş imzalansa da, üzərində İranla birgə işləməli olduqları bir sıra məsələlər mövcuddur. "Ümid edirəm ki bu məsələlər diplomatik yolla öz həllini tapacaq. Lakin ehtiyac olarsa onların bir qismi hərbi yolla həll ediləcək"- deyə ABŞ prezidenti bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol