Menu

Ermənistanda etiraz aksiyaları yenidən başlayır

24.07.2015, 18:35
Ermənistanda etiraz aksiyaları yenidən başlayır

"Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatının üzvləri iyulun 27-də Yerevanın Respublika meydanında oturaq piketə başlayacaqlar.

Ermənistan mətbuatının verdiyi məlumata əsasən, onlar elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğvini tələb edəcəklər.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər ("Trend").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol