Menu

Ərdoğandan Türkiyə vətəndaşlarına çağırış: “Bizə güvənin”

24.07.2015, 18:45
Ərdoğandan Türkiyə vətəndaşlarına çağırış: “Bizə güvənin”

Türkiyənin prezidenti P.T.Ərdoğan həm DEAŞ əməliyyatını, həm də bu gün terror təşkilatlarına qarşı olan əməliyyatları dəyərləndirib.

Ərdoğan mövcud vəziyyətin yalnız bu gün baş verənlərlə bağlı olmadığını və uzun bir prossesin başladıldığını vurğulayıb: "Hədəflər bəllidir. DEAŞ başda olmaqla, digər bölücü terror təşkilatları, məsələn, PKK olsun, DHKP-C olsun, adlarının nə olduğu vacib deyil, bunlar terror təşkilatlarıdır. Dövlət olduğu halda, başqa bir dövlətin yaradılmasına icazə verməyəcəyik".

Prezident Ərdoğan Türkiyə vətəndaşlarının hakimiyyətə güvənməsinin vacibliyini də vurğulayıb: "Vətəndaşlarım müharibə qorxusu içərisində yaşamasınlar. Çünki onların özgüvəni daha vacibdir. Onlar özlərinə güvənməlidirlər. Biz çox fərqli mübarizə içindəyik. Nə lazımdırsa, edəcəyik. Vətəndaşlar bizə inansın, güvənsin".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol