Menu

Həmsədrlər Qarabağa dair birgə bəyanatla çıxış ediblər

24.07.2015, 19:24
Həmsədrlər Qarabağa dair birgə bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona son səfərin yekunu ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin bu il görüşməyə hazır olmasını alqışladıqlarını bildiriblər.

“Prezidentlər öz xarici işlər nazirlərinə prezident sammiti ilə bağlı həmsədrlərlə işi davam etdirməyi tapşırıblar” – qeyd edir diplomatlar. Bəyanatda həmsədrlərin Bakı və İrəvanda - İlham Əliyev və Serj Sərkisyanla sülh danışıqlarını irəli aparmağa yönəlik təklifləri müzakirə etdikləri vurğulanır.

Vasitəçilər son bir neçə ayda təmas xəttində nisbi sakitliyin yaranmasını qeyd ediblər və bunu Bakı və İrəvanda keçirilən iki beynəlxalq tədbirə təsadüf etməsinə diqqət yönəldiblər.

Onların sözlərinə görə, “prezidentlər Qırmızı Xaçın himayəsi altında itkin düşən şəxslərlə bağlı informasiya mübadiləsi öhdəliyinə sadiq qaldıqlarını da təsdiqləyiblər”.

Həmsədrlər hesabatı Minsk Qrupu üzvlərinə təqdim eləmək üçün Vyanaya yola düşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol