Menu

Turizm şirkətləri Antalyaya uçuş şərtlərini açıqladı

24.07.2015, 20:45
Turizm şirkətləri Antalyaya uçuş şərtlərini açıqladı

Turizm şirkətləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) loukost reysləri çərçivəsində Türkiyə istiqaməti üzrə uçuşların şərtlərini açıqlayıb.

Uçuşlar avqustun 7-dən oktyabrın 23-dək hər həftənin I, III və V günləri həyata keçiriləcək.

Bununla belə, uçuşlarda sadəcə 5 kiloqram həcmində əl baqajlarına icazə verilir. Əlavə 23 kiloqramadək qədər olan baqajlar üçün Bakı-Antalya istiqaməti üzrə 50 manat, Antalya-Bakı istiqaməti üzrə isə 50 dollar ödəmək lazım olacaq.

Bundan başqa, bu siniflər üzrə "miles" ballar hesaba əlavə olunmur. Yerlər məhdud saydadır. Maksimal qalma müddəti 1 aydır. Biletin qiyməti günün valyuta məzənnəsinə əsasən hesablanıb və məzənnə fərqinə görə biletin qiyməti dəyişə bilər.

Bu istiqamət üzrə aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.

Qeyd edək ki, Bakı-Antalya-Bakı reysi üzrə aviabiletin qiyməti 248 manatdır ("Trend").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol