Məqsəd 2015 Avropa Oyunları zamanı dünyanın gözündə firavan və xoşbəxt ölkə imicini yaratmaqdır
2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı hazırlıqlar davam edir. Paytaxt Bakı bu tədbir istiqamətində qaynar bir hazırlığın içindədir. etronun “Koroğlu” stansiyası yaxınlığında inşa edilən əzəmətli “Olimpiya kəndi” demək olar ki, tam hazırdır. Eyni zamanda oyunların keçiriləcəyi Böyükşor gölünün ərazisində tikilən arenada işlər sürətlənib.
Şübhəsiz ki, bütün bunlar yaxşıdır və hər kəs kimi, biz də gedişatı maraqla izləyirik. Lakin oyunların keçirilməsinə bir ildən çox bir müddət qalmasına baxmayaraq, ölkəmizdə bu yarışla bağlı qeyri-adi yeniliklər də baş verir. Məsələn, bizdəki məlumata görə, bir neçə gün əvvəl Bakıya super bahalı avtomobillər gətirilib. Məlumatı “Yeni Müsavat”a verən nəqliyyat şirkətlərindən birinin əməkdaşı qeyd edib ki, “Lamborghini”, “Ferrari” kimi sürətli və bahalı avtomobillərin Azərbaycana partiya halında gətirilməsi də Avropa oyunları ilə əlaqədardır.
Məlumat verən şirkət təmsilçisi qeyd edir: “İndiyə kimi 11 sifariş həyata keçirilib. Bildiyiniz kimi, ”Lamborghini", “Ferrari” kimi avtomobil şirkətlərinin özlərinə məxsus satış siyasəti var. Satış menecerləri gəlib, sifariş verən şəxsin maddi durumu ilə maraqlanır. Bankdakı pulunun miqdarı ilə bağlı arayış tələb edirlər. Yəni, pulu olan hər adam gedib bu markadan olan maşınları rahatca ala bilməz. Azərbaycana gətirilən bu maşınların sifarişçisi bilinmir. Eyni zamanda həmin maşınlar Mərdəkandakı bir villanın qarajında saxlanılır".
İlk dəfə Azərbaycan “Ferrari”nin satış siyahısına düşüb


Şirkət təmsilçisinin sözlərinə görə, Azərbaycan ilk dəfə bu il “Ferrari” və “Lamborghini”nin siyahısına düşüb: “”Ferrari"nin 25-i Türkiyəyə, 5-sı isə Azərbaycana satılıb. Azərbaycan siyahıda sonuncu olsa da, ilk onluğa daxil ola bilib. Ölkəmizdə gətirilən “Ferrari”lər 2013 modeldir və hər birinin qiyməti minimum 450 min avro, bəzilərininki isə daha baha, eksklüzivlər isə super bahalıdır.
Mənbələrimiz xəbər verir ki, gətirilən “Lamborghini”lər isə Heydər Əliyev beynəlxalq hava limanının karqo anbarında görüntülənib.Aylar öncə xəbər saytları bu maşınların “Lamborghini”nin Bakıda açacağı rəsmi satış mərkəzi üçün gətirildiyini yazmışdılar.
Nəqliyyat şirkətinin təmsilçisi isə bu məsələyə də aydınlıq gətirdi: “Əvvəl iki ”Lamborghini Gallardo LP- 560" avtomobili gətirildi. 5,2 litrlik mühərriklə təchiz olunmuş bu modellər 560 at gücünə malikdir. Avtomobil 100 km/s sürəti 4 saniyəyə yığır. Hər iki maşın alınıb. Biri adı gizli saxlanılan biznesmenin qızına, digəri isə nazirlərdən birinin oğluna satılıb. Satışın biri barter əsasında həyata keçirilib".
Ölkəmizdə bahalı avtomobillər az deyil...

“Mercedes-Benz W196R” - Formula 1 yarış avtomobili 30 milyon dollara satılıb. Bu maşın hərracda satılan,"Formula 1"-in və “Mercedes” şirkətinin fəaliyyət dövründə dünyaca ən bahalı avtomobili sayılır. Bu yaxınlarda Cenevrədə ən böyük avtosalonlardan birində “Lamborghini Veneno”nun prototipi satılıb. Onun qiyməti 3,9 milyon dollar təşkil edir. Prototip istehsalçının 50 illiyi yubileyinə həsr olunaraq buraxılıb. Mühərriki 750 at gücünə bərabərdir və 100 km sürəti 2.8 saniyədə yığır. Maksimal sürəti isə saatda 357 km-dir.
“Bugatti Veyron” 2012-2013-cü illərin ən bahalı avtomobillər siyahısında yer alıb. Avtomobilin qiyməti 2,6 milyon dollar təşkil edir. “Bugatti”nin maksimal sürəti 415 km/s (258 mil/s).

Qeyd edək ki, Erikin həm də maşın kolleksiyası var. “McLaren F1 LM” avtomobilinin qiyməti 4 millyon dollardır.
“Aston Martin One-77" - qiyməti 1 milyon 700 min dollar. Məşhur aktyor Ceyms Bond məhz bu markanın avtomobillərini sevir və bir neçəsinə sahibdir.
“Koenigsegg CCXR Trevita 2010" - 4,8 milyon dollar. ”Trevita"dan ancaq 3 nüsxə buraxılıb. İsveç dilindən tərcümədə “Trevite” “üç ağ” deməkdir. Dünyada ən bahalı maşınlar siyahısında olmaqla yanaşı, həm də 10 ən sürətli avtomobillər siyahısındadır. Maksimal sürəti 402 km/s və 2.9 saniyədə 100km/s yığır.
“Rolls-Royce Hyperion Pininfarina 2008" - 6 milyon dollar. Bu yeganə maşındır ki, bu markanın tarixində kapriolet stilində, Roland Xoll-un sifarişi ilə hazırlanıb”.
Qayıdaq ölkəmizə... Yuxarıda da qeyd etdiyimiz kimi, ölkə rəhbərliyi hələ bir neçə il öncə Azərbaycana qiyməti 250 min dollardan baha olan avtomobillərin gətirilməsinə qeyri-rəsmi şəkildə qadağa qoyub. Lakin son vaxtlar Bakıda qiyməti 250 min dolları da keçən maşınlar - “Bentley”, “Bugatti”, “Mazeratti”, “Ferrari”, “Yaquar” və s. markalı bahalı eksklüziv avtomobillər gözə dəyir. Aydın məsələdir ki, bu cür bahalı avtomobili orta statistik azərbaycanlı sürə bilməz.(musavat.com)


Şərhlər