Menu

Ermənistanda ana yeni doğulmuş körpəsini öldürdü

25.07.2015, 10:20
Ermənistanda ana yeni doğulmuş körpəsini öldürdü

Ermənistanın Şirak vilayətində məhkəməyə körpənin qətli ilə bağlı cinayət işi daxil olub.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, İrina İosifova martın 23-də səhər 06.30 radələrində evində oğlan uşağını dünyaya gətirib. Lakin ağır maliyyə vəziyyətinə görə qadın yeni doğulmuş körpəsini boğaraq öldürüb. İrina İosifovaya qarşı ittiham irəli sürülüb. Onun barəsində qeydiyyat ərazisini tərk etməmək qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol