Terror hücumları nəticəsində turizm sektoru çökən Tunis terrorçuluğa görə ölüm cəzası tətbiq etdi.
Tunisdə terrorçuluğa görə ölüm cəzası tətbiq edilib. Bundan əlavə qanunvericiliyə edilmiş düzəlişlərə əsasən terrorçuluğa ictimaiyyət qarşısında bəraət qazandıran şəxslər məhkəmə qərarı olmadan 15 gün müddətinə saxlanıla bilər. Bu zaman onlar vəkil xidmətlərindən istifadə etmək hüququndan məhrum ediləcək. Həmçinin xüsusi xidmətlərin telefon danışıqlarının gizli dinlənilməsi sahəsində səlahiyyətləri xeyli artıb.
Hüquq mühafizəçilərinin etirazlarına baxmayaraq Tunis parlamenti üç gün davam edən müzakirələrdən sonra qanuna düzəlişləri böyük səs çoxluğu ilə təsdiq edib.
Parlamentin spikeri Məhəmməd Ənnasirin sözlərinə görə, həyata keçirilmiş tədbirlər ölkə vətəndaşlarında öz təhlükəsizliyinə inamı artıracaq./anspress


Şərhlər