Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0005 manat (0,048 faiz) möhkəmlənib.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,049575 manat səviyyəsində müəyyən olunub.
| ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi: | |||
| 13 iyul | 1,0486 | 20 iyul | - |
| 14 iyul | 1,0492 | 21 iyul | 1,0499 |
| 15 iyul | 1,0492 | 22 iyul | 1,0495 |
| 16 iyul | 1,0495 | 23 iyul | 1,0495 |
| 17 iyul | - | 24 iyul | 1,0494 |
| Həftə ərzində orta məzənnə | 1,049125 | Həftə ərzində orta məzənnə | 1,049575 |
Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,015 manat (1,32 faiz) ucuzlaşıb. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,146075 manat səviyyəsində müəyyən olunub.
| Avroya nisbətdə manatın rəsmi məzənnəsi: | |||
| 13 iyul | 1,1674 | 20 iyul | - |
| 14 iyul | 1,1550 | 21 iyul | 1,1365 |
| 15 iyul | 1,1546 | 22 iyul | 1,1476 |
| 16 iyul | 1,1477 | 23 iyul | 1,1487 |
| 17 iyul | - | 24 iyul | 1,1515 |
| Həftə ərzində orta məzənnə | 1,156175 | Həftə ərzində orta məzənnə | 1,146075 |
Ötən həftə 1 unsiya qızılın dəyəri 8,1079 manat (0,699 faiz) aşağı düşüb. Müvafiq olaraq, qızılın orta qiyməti 1153,536 manat təşkil edib.
| 1 unsiya qızılın qiymətinin dəyişməsi: | |||
| 13 iyul | 1215,6420 | 20 iyul | - |
| 14 iyul | 1210,7768 | 21 iyul | 1159,7195 |
| 15 iyul | 1214,3441 | 22 iyul | 1160,3272 |
| 16 iyul | 1204,1963 | 23 iyul | 1142,4857 |
| 17 iyul | - | 24 iyul | 1151,6116 |
| Həftə ərzində orta | 1211,2398 | Həftə ərzində orta | 1153,536 |
İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.


Şərhlər