Xarici KİV-in yaydığı xəbərə görə, Tokiodakı 28 mərtəbəli «Asakusa View Hotel» otelinin 27-ci mərtəbəsində yanğın baş verib. Bu barədə xəbəri Tokio şəhərinin yanğın xidmətinə istinadla «NHK» yayıb (Rosbalt).
İlkin məlumata görə, alışmanın mənbəyi binanın 27-ci mərtəbəsindəki restoranda yerləşir. Qonaqlar binanın yuxarı mərtəbələrindən vaxtında evakuasiya olunub, hazırdabütün müştərilər və otel əməkdaşları binanı tərk ediblər.
Xəbər verildiyinə görə, otelin damından ağ tüstü qalxır, amma hələlik yanğınsöndürənlər yanğanın öhdəsindən gələ bilmirlər.
Bundan əvvəl xəbər vermişdik ki, ötən gecə Tokio ətrafındakı şəhərciklərin birində yüngül təyyarə yaşayış binasının üstünə düşüb, nəticədə bina tamamilə dağılıb, 3 nəfər isə həlak olub.
AzPolitika.info


Şərhlər