Menu

Etirazçılar Yerevanın əsas meydanına qayıdırlar

26.07.2015, 21:46
Etirazçılar Yerevanın əsas meydanına qayıdırlar

Ermənistan hökümətinin elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğvini tələbi ilə bazar ertəsi Yerevanın əsas meydanında oturaq etiraz aksiyası keçiriləcək.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatı bildirib.

Etiraz aksiyası yerli vaxtla saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol