Menu

Neft 54 dollara düşdü

27.07.2015, 07:37

oil_prices_020712Bazar ertəsi günü də dünya bazarlarında neftin ucuzlaşması davam edir.

Brent nefti 54,50 dollara, ABŞ yüngül nefti isə 48 dollara düşüb.

Neftin ucuzlaşması əsasən neft təklifi bolluğunun davam etməsi, bunun qarşısında isə tələbin aşağı qalması bağlıdır.

Neftin qiymətinin aşağı düşməsinə ABŞ-da qazma quyularının sayının ötən həftə artdığını bildirən məlumatın açıqlanması da təsir göstərib.

Xəbər verdiyimiz kimi, İran və altı qərb dövləti sanksiyaları qaldıracaq razılaşma təmin ediblər. İranın ixraca hazır 30 milyon barrel neftə malik olduğu bilinir, ancaq mütəxəssislər, bu neftin bazarlara girişinin bir neçə ay çəkəcəyini gözləyirlər. İranın neft ixracını artıracağı gözləntisi qiymətlərə aşağı istiqamətdə təsir göstərir.

Qlobal xam neft istehsalı, ABŞ-da istehsalın artımı və OPEC-in hasilatı azaltmaması ilə yüksəlir.

Zəif göstəricilər, Çindəki iqtisadi artım ilə bağlı qayğılar da neftin qiymətini aşağı salır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə görə, neftin ucuzlşaması "siyasi məsələdir". /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol