Kuba insan alveri ilə məşğul olan ölkələr siyahısından çıxarıb.
ABŞ Kuba və Malayziyanı insan alveri ilə məşğul olan ölkələr siyahısından çıxarıb.
Hər il ABŞ-ın Dövlət Departamenti tərəfindən hazırlanan hesabat Kuba və ABŞ arasında diplomatik münasibətlərin bərpa edilməsindən bir həftə sonra dərc edilib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1961-ci ildən kəsilib.
Diplomatik münasibətlərin bərpa edilməsindən öncə Birləşmiş Ştatlar Kuba hakimiyyətini ölkə vətəndaşlarını dövlət layihələri çərçivəsində ölkə hüdudlarından kənarda məcburi əməyə cəlb etməkdə ittiham edirdi. /anspress


Şərhlər