Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Brüsselə səfəri öncəsində Türkiyədə yaşanan son hadisələrin Avropa Birliyi – Türkiyə münasibətlərinə təsirinin müzakirəsi başlayıb. Ərdoğan sabah Brüsselə rəsmi səfər edəcək. Baş nazirin bu səfəri 17 dekabrdan bu tərəfə Türkiyəyə dərin təsir edən bir çox hadisələrin kölgəsində keçəcək kimi görünür. Avropa mətbuatı Türkiyədəki rüşvət əməliyyatından sonra hüquq-mühafizə orqanlarından kütləvi vəzifədən çıxarılmaların bu rəsmi səfərə kölgə salacağından yazır.
Bu günkü fransız “Liberation” qəzetinin “Ərdoğan Brüsseldə: Sıxıntılı bir qonaq” başlıqlı xəbərində deyilir: “Ankaranı qırıb keçən siyası böhranın ortasında Türkiyə baş nazirinin Brüsselə edəcəyi səfər, hər nə qədər əksini istəsələr də, Türkiyə-AB əlaqələrində yeni bir gecikməyə səbəb ola bilər. Ərdoğanın Avropa Komissiyasının başçısı Xose Manuel Barosso ilə görüşü gözlənilir. Avropa qaynaqları bu görüşün “solğun” bir atmosferdə keçəcəyini düşünürlər. Türk lider komandasının rüşvət iddialarına bulaşmasına cavab vermək əvəzinə hüquq – mühafızə sistemindən kütləvi işdən çıxarmalar həyata keçirib. Brüsselə görə bu qərarlar, hüquq dövləti olmaq məsuliyyətinə tamamən ziddir (Hürriyət” qəzeti).

Şərhlər