Əsədin törətdiyi cinayətlərlə bağlı yeni iddialar çıxmağa davam edir
Dünya 2005-ci ildə Beyrutda sui-qəsd nəticəsində öldürülən Livanın keçmiş baş naziri Rəfiq Həririnin ölümü ilə bağlı şok iddialar ortaya çıxıb.
ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, atasının ölümündən sonra Livanda bir müddət Baş nazir olan edən Saad Həriri sui-qəsd planının arxasında Suriya prezidenti Bəşər Əsədin olduğunu söyləyib.
"Europe 1" kanalına müsahibə verən Saad Həriri sui-qəsdin bir-birinə bağlı olan "Hizbullah"a mənsub 5 nəfərlik bir qrup tərəfindən reallaşdırıldığını, əmrin isə Suriya prezidenti Bəşər Əsəd tərəfindən verildiyini ifadə edib.
Fransada olan Saad Həriri ayrıca sui-qəsd əmrinin Əsəd tərəfindən verildiyinə qətiliklə əmin olduğunu söyləyib.
Həriri ötən ay Beyrutda sui-qəsd nəticəsində öldürülən keçmiş müdafiə naziri Şatahın da Əsəd tərəfindən hədəf alındığını iddia edib. Həriri "təbii ki Şatahı da Əsəd öldürtdü, o bizim ən yaxınımızdakı adlardan biri idi " deyə qeyd edib.


Şərhlər