Menu

Bakıda qadın sürücü 4 piyadanı vurdu

30.07.2015, 13:43

yol-polisi-qezaBakıda qadın sürücü 4 piyadanı vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 29-da saat 21.00 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şirvan şəhər sakini Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri - Rüfət Muradov, Səriyyə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməzi vurub.

Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol