Xarici xəbər agentliklərinin yaydığı məlumata görə, ABŞ Dəniz donanması Fars körfəzindəki bütün aviadaşıyıcı gəmilərini bu payız geri çağıracaq. «Fox News
Məlumatda qeyd olunur ki, İrana nəzarətin və «İD»-ə aviazərbələr endirilməsinin davamı fonunda ABŞ ilk dəfə olaraq öz dəniz qüvvələrini Fars körfəzindən geri çağırmaq qərarına gəlib.
HDD nümayəndəsinin sözlərinə görə, bu ərazilərə nəzarət etmək missiyası qeyri-müəyyən müddətdə - ABŞ öz texnikasını bölgəyə geri qaytarana qədər - Fransa avidaşıyıcılarının üzərinə düşəcək.
Bundan əvvəl xəbər verilmişdi ki, məlum nüvə razılaşmasından sonra İran prezidenti Rouhanı qonşularla münasibətlərin yaxşılaşdırılacağını vəd edib.
AzPolitika.info


Şərhlər