Menu

Türkiyədə partiya həmsədrinə cinayət işi açıldı

31.07.2015, 14:55
Türkiyədə partiya həmsədrinə cinayət işi açıldı

Türkiyədə millət vəkilinə cinayət işi açılıb. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Şanlıurfa prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Figen Yüksəkdağa cinayət işi açıb. Buna səbəb həmsədrin Şanlıurfanın Suruç qəsəbəsində verdiyi açıqlama olub.

Prokurorluq millət vəkilinin mandatının və toxunulmazlığın əlindən alınmasını istəyir.

Qeyd edək ki, Figen Yüksəkdağ terror təşkilatlarının təbliğatını aparmaqda təqsirli bilinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol